Uğursuzluğun səbəbləri

İnsanların xüsusən də qızların yolda, nəqliyyatda sərbəst gedişinə, hərəkətinə imkan verməyən  bəzi oğlanlarımıza bu günümüzdə təəssüf ki, tez-tez rast gəlinir. Kobud desək-sataşmaqdan, baxmaqdan sanki zövq alan oğlanlarımız da az deyil. Gənc qızları, hətta orta yaşlı baxımlı xanımları ən çox narahat edən hallar:

1. İti, mənasız, sanki izləyən baxışlar=)
2. Lazımsız söz atmalar
3. Mobil nömrəsini reklam etmək.
4. Nəqliyyat vasitələrində ( metroda, avtobusda)- səviyyəsiz, lazımsız, alçaldıcı hərəkətlər etmək.
5. Maşınla və ya piyada xanımın arxasınca düşmək.

Maraqlıdır bu həmin oğlanlara nə qazandırır? onlar bundan nə kimi zövq ala bilirlər və nə əldə etmiş olurlar? Lakin bir istisna da var ki, bu kimi hərəkətlərdən bəzi xoşlanan və normal qəbul edən xanımlar da var. Problemi yaradan isə, oğlanların yuxarıda sadalananların istənilən: baxımlı, baxımsız, qapalı, açıq-saçıq geyinən, xanıma etməsidir. Hətta ərafındakıları belə buna yönləndirmələridir.
Bu zaman belə bir sual yaranır:
"Bu kimi davranışa yol verən oğlanların evində qız cinsindən olan heç kəs yoxdumu?
Onlar kiminsə qardaşı, kiminsə oğulları deyillərmi?
Heç kimin qeyrətini, namusunu çəkmə kimi düşüncələri yoxdurmu?
Bu kimi suallara çox güman ki, yalnız təsdiq cavabı olar. Bir tək açıqlaması ola bilər: Öz yolu ilə gedən qıza sataşmaq, nömrəsini reklam etmək və s.-ruhi xəstəliyin göstəricisidir.






Nəyi etmək qətiyyən olmaz





Yellənmək.Əgər hansısa qızdan xoşun gəlibsə-heç nə haqda düşünmə yaxınlaş. Qorxursan "otval" verəcək? Nə olsun? Uğursuzluq yalnız  risk etməyənlərdə olmur. İstəmirsən ki,ətrafındakılar sənə gülsün? İnan,onlar içlərində sənə paxıllıq edəcəklər ki, sən tanımadığın qıza belə yaxınlaşdın.









* Qıza çanta olan tərəfdən yaxınlaşmaq. Burada hər şey sadədir:əgər sən küçədə qıza çanta tutduğu tərəfdən yaxınlaşsan- bil ki, sənin haqda qızda olan ilk təəssüratların "dəyərli əşyalarımı uzaq tutum bəlkə də oğrudur" kimi yarancaq.

*Qız telefonla danışdıqda ona yaxınlaşmaq. Qız telefonla danışanda ona yaxınlaşmaq düzgün deyil,gözlə danışıq bitsin sonra yaxınlaş.

*Mənasız,maraqsız  sıhbətlər etmək. Bu cür söhbətlər insanı tez bezdirir və onu sizdən tez ayrılmağa məcbur edir.

* Susmaq.Sən hər zaman ya özün danışmalı ,ya da ona qulaq asmalısan. Lazımsız susqunluqlara imkan vermə.