Qızın xoşuna gəlmədiyini necə bilmək olar?




 




Nə deyirsiz deyin,istər lap 10əsr kecsin,oğlanlar qızla tanışlığa həmişə risk kimi baxır.Birdən "yox"deyər,birdən alınmaz?Qızla tanış olub,özünü təqdim edən oğlan her şeyin geridə qaldığni güman edir.Əslində isə yazıq oğlanların görəcəkləri günlər hələ qabaqdadır.Çünki qızın marağını qazanıb,daim diqqətində saxlamaq hər oğlanın işi deyil.Və burdan da suallar başlayır:Görəsən,mən onun üçün maraqlıyam?Görəsən mənim üçün darıxır? Görəsən  mənim yanımda ona xoşdu ,ya yox?
Qızın sənin yanında olarkən darıxıb-darıxmadığını təyin etmək üçün çox maraqlı və təəcübləndirən üsüllar.Sizi yoran suallardan birdəfəlik yaxa qurtarmağın vaxtı yetişib.

Sən qiz üçün cansıxıcı və maraqsızsan ,əgər o:


1. Sənin yanında olarkən telefonla oynayır.Bu,maraqlı həmsöhbət olmamağının göstəricisidir.Düzdür ,ilk vaxtlarda qız baxışlarınız toqquşmasın deyə başını telefonla qatır.Amma bu ,davamlı olarsa,deməli,nə isə qaydasında deyil.



2. Sizinlə telefonda az danışır.Adətən ,qızlar çox danışan olurlar.Əgər qız səninlə danışmağa"salam-sağ ol"dan başqa söz tapmırsa,təcili sürətdə danışıq qabiliyyətini təkminləşdirməlisən.

3.Qız "sən çox yaxşı dostsan"deyir.Bu cümləni eşitməkdənsə yer yarılsa yaxşıdır.

4.Qız sənin yanında beli əyilmiş vəziyyətdə oturur.Oğlanın xoşuna gəlmək istəyən qizlar hətta narahat olsa belə kürəklərini düz saxlayıb,sinələrini qabarıq göstərməyə çalışırlar.

5. O,əvvəlki sevgililəri barədə bir kəlmə də soruşmur.Bu laqeydlik sənə xoş gəlməsin.Əgər səni sevsəydi şəxsi həyatın da onun üçün maraqlı olardı.

6. Səninlə danışan zaman əllərini qoynunda birləşdirir.Psixoloqların fikirincə həmsöhbət maraqsız və üzücü olan insanlar əllərini birləşdirir,bununla da ondan aralanmaq istəyini bildirir.


7.O,sənə asanlıqla"yox"deyir.Çoxları fikirləşir ki,qadın "yox" deyirsə,deməli,ürəyində"hə"fikirləşir.Amma sən demə bu fərziyyə özünü nadir halarda doğruldur.Adətən,razı ola qadın bir-iki "yox"dan sonra hə cavabını verir və əksər hallarda ciddi deyilmiş "yox"ele etiraz mənasındadi.Bundan daha pis variant isə "heç vaxt"sözünü eşitməkdir.

8.Restoranda görüş təyin edərkən yeməyi tez bitirib evə getməyə tələsir.Halbuki,sevən xanımlar yeməyi ikinci plana keçirib oğlanın necə yeməyinə və şirin söhbətlərinə aludə olmağı xoşlayır.Əgər o,bunu etmirsə,deməli ,günah səndədi.

9.Parkda və ya dəniz kənarında gəzərkən qol-boyun olub,sevişən cütlükləri görəndə onları qınayır."bu nə səviyyəsizlikdir,mən heç vaxt belə şeyə yol vermərəm"deyirsə,əmin ol bunu o, sənə eşitdirir.Yəni,yaxşı yadında saxla və bu hərkətləri mənə qarşı etmə.Bəlkə də onun yanında ürəkdən sevdiyi biri olsaydı qız ya başqa fikirdə olardı yada ən azı susardı.


10.Hər dəfə onu ötürmək və ya görüşmək təklif edəndə həmin günə vacib işi çixdığını deyir ,min bir bəhanə uydurur.

11.Əgər qız kişilərdə hansı xüsüsiyyətləri bəyənmədiyini açıqlayırsa və bu əlamətlərin ən azı dörd-beşi-i səndə varsa,bu xoşluqla"bizimki tutmaz"deməkdir.Məsələn:O,deyirsə ki,yaşca böyük,boyca balaca ,çoxuşaqlı ailənin övladını və ya saqqallı oğlanları xoşlamır və dediklərinin hamsı səndə varsa,deməli o,elə səni nəzərdə tutur.

12.Və nəhayət sənin telefonun saatlarla susursa ,mesaj bölümündə ondan gələn adi bir "necəsən?"kəlməsi yoxdursa,o zaman özün-özünə bir sual ver:"Sən o qizdan nə istəyirsən?"