Əsas Qaydalar

Bütün qızlar fərqli ola bilər amma ...




 
Bilirəm, həyatınızda yaxınlaşıb tanış olmaq istədiyiniz  çox qız olub, ancaq içinizdəki qorxu onu reallaşdırmağa imkan verməyib. Bəzən ətrafınızda çox adam olub, bəzən əhvalınızı bəhanə gətirərək  yaxınlaşmamısınız. bəzən də yaxınlaşdığınız qızın oğlanı olduğunu düşünüb fikrinizdən daşınmısınız.Qıza yaxınlaşmadan, onunla münasibət qurmadan onu "ələ keçirmək" mümkün deyil. Bunun üçün ilk öncə özünəgüvən və pozitiv olmaq lazımdır. Hər zaman uğur qazanmaq mümkün deyil , sadəcə uğursuzluqların sayını azalda bilərsiniz.

Özünəgüvən- əgər burada probleminiz varsa o zaman özünüzü zahirən belə göstərməlisiniz. Belin (onurğanın) və boyunun  dik durması ən əsas əlamətlərdən biridir. Zahiri hərəkətlər zamanla sizi daxildən dəyişə bilər.
 
 
Plan-qıza yaxınlaşmadan öncə necə danışacağınızı düşünməyin sadəcə nə haqda danışacağınız barədə qısaca fikirləşin (çox düşünsəniz fikrinizdən daşına bilərsiniz). Bayağı,qızın hər gün eşitdiyi sualları veməyin (məs: xanım sizinlə tanış olmaq olar?). Bu cür hallarda o sizin də digərləri kimi olduğunuzu  sanıb  "yox" deyəcək. Siz qıza digərlərindən fərqli olduğunuzu göstərməlisiniz. Bunun üçün sizin bir şansınız olacaq (yaxınlaşan zaman) . Fərqli sualla yaxınlaşın. Kompliment söyləyə bilərsiniz amma çalışın kompliment  xarici gözəllik barəsində olmasın (bu cür sözləri yəqin hər gün eşidir) . Məsələn siz ona onun gözəl zövqə malik olduğunu söyləyə bilərsiniz.
 
 
 
 
"YOX" cavabı aldıqda gülməyin və bundan həqiqətən təəssüfləndiyinizi göstərin, o zaman qız sizin onu doğurdanda dəyərləndirdiyinizi anlayacaq. 


Uğursuzluq baş verdikdə təəssüflənməyin, hər bir şey  sizə gələcək üçün təcrübədir. Nəyə görə uğursuzluğa uğradığınızı barədə düşünün və həmin yanlışınızı təkrar etməyin.


Bütün qızlar fərqli ola bilər amma hamısının ortaq olan cəhətləri var. 
Tanışlığın ən önəmli hissəsi ilk münasibət olur. Çalışın bu hissədə səhv etməyəsiniz.


UĞURLAR !