Öz həyatını dəyiş

Özündə inam yarat ki, sevgini tez tapasan!!!

Xoşladığınız şəxsin yanında olmağa çalışın. Sizə aşiq olmazdan əvvəl sizdən xoşu gəlməlidir. Araşdırmalar nəticəsində məlum olub ki, sevginin yaranmasında insan, yer və təhrik edici hadisə çox mühümdür. O, sizi nə qədər çox görsə, bir o qədər xoşlayacaq. Sizdən xoşu gəldikdə və sizi ətrafında görməyə vərdiş etdikdən sonra az qarşılaşmağa və özünüzü az göstərməyə çalışın. Bundan sonra o sizin haqqınızda düşünəcək və sizi axtaracaq. 

Unutmayın ki, asanlıqla əldə edilən şeylər tez də yaddan çıxır. Onunla danışarkən gözlərinin içinə baxın. Araşdırmalara əsasən sevənlər sevməyənlərlə müqayisədə 75 % daha çox bir-birlərinin gözlərinə baxırlar. Onun gözlərinə çox baxmağa çalışın. Elə edin ki, o insan yalnız sizi düşünsün. Günün yaxşı keçməsi üçün ona xoş sözlər deyib və söz-söhbət yaradan mövzulardan kənarlaşın. Və onun qayğısına qaldığınızı bildirin. Bu zaman ona incə öpüş də verə bilərsiniz.

Müəyyən olunub ki, öpüş zamanı kişi, həm də qadın bir-birinin ağız suyunu analiz edib, genetik baxımdan nə qədər uyğun olub-olmadıqlarını müəyyənləşdirirlər. Deməli, sevgi bizə təkcə müsbət əhval ruhiyyə deyil, həm də sağlamlıq bəxş edir. Bir sözlə, insan vurulanda onun orqanizminin fəaliyyəti xeyli aktivləşir. 

Sevənlərin az-az xəstələnməsi də məhz bununla izah olunur. Deməli, başqa müsbət cəhətləri ilə yanaşı, sevgi hissi insanın sağlamlığı üçün də çox vacibdir. Kişilər də qadınlar kimi xüsusi və dəyərli olduqlarını hiss etmək, həmşinin, hər hansı qadın tərəfindən sevilmək istəyirlər. Əgər sizdə inam və güvənmə qabiliyyəti yoxdursa, deməli, özünüzü inamlı göstərməkdən başqa çarəniz yoxdur.